Rusiya ordusu Zaporojye istiqamətində irəliləməyə çalışır

Rusiya ordusu Zaporojye istiqamətində irəliləməyə çalışır

Hazırda oxunan: Rusiya ordusu Zaporojye istiqamətində irəliləməyə çalışır
639059
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Payız-qış mövsümündə hava şəraitinin pisləşməsi fonunda Rusiya qoşunları keçmiş Kaxovka su anbarının qurumuş dibi ilə kiçik piyada qrupları vasitəsilə Zaporojye istiqamətində irəliləməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Müharibəni Tədqiqat İnstitutu (ISW) ukraynalı hərbçilərə və ekspertlərə istinadən məlumat yayıb.   
 

Birinci hücum alayının komandiri Dmitri Filatov ("Peruna") bildirib ki, düşmən iki-üç nəfərlik kiçik qruplardan istifadə edir, keçmiş su anbarı ərazisindəki sıx bitki örtüyü, dumanlar və yüksək rütubət isə kəşfiyyatı xeyli çətinləşdirir.  

 
Ukraynalı hərbi analitik Konstantin Maşovets qeyd edib ki, bir həftə əvvəl belə Rusiya qruplarından biri ərazinin dərinliklərinə – Malokatirinovkaya qədər irəliləyə bilib və orada Ukrayna Müdafiə Qüvvələri tərəfindən qarşısı alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO