Qubada Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO

Qubada Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO

Hazırda oxunan: Qubada Şəhidlər Xiyabanı ziyarət edildi - FOTO

639043

Sentyabrın 27-si – Anım Günü Quba rayonunda da dərin ehtiram və xüsusi təntənə ilə yad edilib.

Bizim.Media-nın Şimal bürosunun verdiyi məlumata görə, Anım Günü ilə əlaqədar Quba şəhərindəki Şəhidlər Xiyabanında izdiham yaşanıb.

Səhər saatlarından başlayaraq ictimaiyyət nümayəndələri xiyabana axın edərək şəhidlərin məzarlarını ziyarət ediblər.
 

Ziyarətdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər, müharibə veteranları və rayon sakinləri iştirak ediblər. Şəhidlərin məzarları önünə tər güllər düzülüb, əziz xatirələri ehtiramla anılıb.


Saat 12:00-da Quba rayonunda da digər bölgələrimizdə olduğu kimi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirləri çərçivəsində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.














































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO