Qazaxıstanda yeni müdafiə naziri təyin edildi

Qazaxıstanda yeni müdafiə naziri təyin edildi

Hazırda oxunan: Qazaxıstanda yeni müdafiə naziri təyin edildi

638996

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aydos Mırzaxmetovu ölkənin müdafiə naziri təyin edib.

Bizim.Media Akordaya istinadla xəbər verir ki, müvafiq Fərmanla o, əvvəl tutduğu vəzifədən azad olunub.

Bundan əvvəl Dauren Kosanov Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib.
 

Dövlət başçısının digər Fərmanı ilə Manqistau vilayətində keçirilən təlimlər zamanı həlak olan 14 hərbi qulluqçu hərbi borcunu yerinə yetirərkən göstərdikləri şücaət və fədakarlığa görə ölümündən sonra Qazaxıstanın dövlət mükafatları ilə təltif ediliblər.


Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı baş verən faciə nəticəsində 14 hərbi qulluqçu həlak olub, 3 nəfər xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO