Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

Hazırda oxunan: Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

639006

27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli şəhərində şəhidlərin xatirəsi yad edilib.
 
Bizim.Media xəbər verir ki, saat 12:00-da Füzuli şəhərinin mərkəzindən keçən Zəfər Yolunda avtomobillərin hərəkəti dayandırılıb, şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.


Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO