27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bizim.Media xəbər verir ki, Anım Günü ilə əlaqədar Laçın şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.










Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:04 / 27.09.2026
Laçında şəhidlərin xatirəsi anıldı - FOTO
Hazırda oxunan: Laçında şəhidlərin xatirəsi anıldı - FOTO
Hazırda oxunan: Laçında şəhidlərin xatirəsi anıldı - FOTO
639019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































