Zərdabda şəhidlərin məzarları ziyarət edildi - FOTO

Zərdabda şəhidlərin məzarları ziyarət edildi - FOTO

Hazırda oxunan: Zərdabda şəhidlərin məzarları ziyarət edildi - FOTO

639035

Zərdab rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.

Bizim.Media-nın Aran bürosunun verdiyi məlumata görə, Anım Günü ərəfəsində rayonun bütün yaşayış məntəqələrində şəhidlərimizin məzarları ziyarət edilib, ailələri ilə görüşlər keçirilib və ağacəkmə aksiyası təşkil olunub.
 

Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin rəhbərliyi ilə Şəhidlərin xatirə parkındakı abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.


Anım mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə "Anım Günü" kimi qeyd edilir.

Tədbirdə həmçinin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu, bunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanının yerdə qalmadığını nümayiş etdirdiyi vurğulanıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları rayonun Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarlarını ziyarət ediblər.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO