Bu günün altı ildir qeyd olunması biz şəhid ailələri üçün nə qədər ağrılı olsa da, bir o qədər qürurludur.
Bunu Şəhid polkovnik leytenant Qərib Baxşəliyevin bacısı Sevinc Baxşəliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanda Bizim.Media-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, qardaşı 25 il zabit kimi fəaliyyət göstərib.
"O müəllim kimi fəaliyyət göstərib, onun minlərlə tələbəsi olub. Bu gün 27 sentyabr Anım günüdür. Bu günü bizə yaşadan prezidentimiz İlham Əliyevdir. Onun sərəncamı əsasında bu gün Anım günü kimi qeyd olunur.
Bu günün altı ildir qeyd olunması biz şəhid ailələri üçün nə qədər ağrılı olsa da, bir o qədər qürurludur.
Ona görə qürurludur ki, bu gün butun şəhidlərimiz anılır. Bu gün biz 44 günlük müharibədə zəfərr çalmışıq. Qardaşım müharibə dövründə böyük igidlik göstərib. Əsgərləri deyir ki, ilk dəfə müharibəyə gedəndə düşünürdük ki, silah tuta bilirik, bəs insan öldürə biləcəyik?
Qardaşım onlara motivasiya verib, deyib ki, siz insan öldürməyəcəksiniz, siz Xocalı hadisələrini törədənləri məhv edəcəksiniz.
Qardaşım dörd rayonun müdafiəsində igidlik göstərib. Qubadlının Çərəli kəndində şəhidlik zirvəsinə ucalıb.
O, komandir kimi həmişə əsgərlərinə deyib ki, muharibədə şəhid olmaq olar, amma əsir düşmək olmaz. Əsir düşənə əməyimi halal etmərəm. Deyib ki, son güllənizi həmişə özünüzə saxlayın.
Dediyini özü yaşayıb elə. Postları yoxlayanda dumana düşüb, xidməti maşında əsgəri ilə birlikdə son gülləsinə qədər vuruşub, sonuncu gülləsini də özünə sıxıb, şəhidliyə qovuşub".
Fəridə, Ayşən, Bizim.Media





























































































