Rusiya Uralda Sovetdən qalma nüvə obyektini bərpa edir

Rusiya Uralda Sovetdən qalma nüvə obyektini bərpa edir

Hazırda oxunan: Rusiya Uralda Sovetdən qalma nüvə obyektini bərpa edir
639011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"The Sunday Times", "Danwatch" və "Dossier Center" tərəfindən aparılan birgə araşdırmaya görə, Rusiya Qərbin mümkün hücum təhlükəsinə qarşı "Perimetr" (Qərbdə "Ölü əl" adlandırılır) sovet nüvə strategiyasını yenidən fəaliyyətə qaytarır.

Bizim.Media xəbər verir ki, Ural dağlarında yerləşən və "Obyekt 1335" adlandırılan nəhəng yeraltı komanda mərkəzi Amerikanın bunker bombalarına belə dözə biləcək şəkildə tikilib.

Qurğu hər hansı nüvə zərbəsi və rəhbərliklə əlaqənin kəsilməsi zamanı avtomatik olaraq cavab vermək əmrini icra etmək qabiliyyətinə malikdir.
 

Soyuq müharibənin başa çatmasından sonra fəaliyyətsiz qaldığı güman edilən bazada son vaxtlar peyk şəkilləri və açıq mənbələr vasitəsilə yeni tikinti işləri qeydə alınıb.


Ekspertlər bu addımı Rusiyanın nüvə qüvvələrinin geniş modernləşdirilməsi və Qərblə artan gərginlik fonunda prioritet hesab edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO