"Formula-1" üzrə Azərbaycan Qran-prisi: Rəsmi yarış cədvəli açıqlandı
Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq.
Yarış proqramına əsasən, sentyabrın 24-də bolidlər yerli vaxtla 12:30-13:30-da birinci, 16:00-17:00-da isə ikinci sərbəst yürüş üçün trekə çıxacaqlar.
Sentyabrın 25-də saat 12:30-13:30-da üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-17:00-da əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək sıralanma turu baş tutacaq.
Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış sentyabrın 26-da saat 15:00-da start götürəcək.
"Formula-...