Səhiyyə Nazirliyindən Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Səyyad Aranın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir.
“Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir” – nazirliyin məlumatında vurğulanıb.
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirlib. İclasda deputat Səyyad Aran çıxış edərək sakinlərin səhiyyə nazirinin bölgələrdə təşkil olunan vətəndaş qəbuluna daxil olmaqda çətinliklər yaşadığını bildirib. O, bəlli vətəndaşların siyahıya alınaraq qəbula buraxıldığını iddia edib.
Günay Şahmar, Bizim.Media




































































































