Türkiyə əsilli miqrant siyasətçi seçkidə qalib gəldi – Berlin meri postuna iddialıdır - FOTO

Türkiyə əsilli miqrant siyasətçi seçkidə qalib gəldi – Berlin meri postuna iddialıdır - FOTO

Hazırda oxunan: Türkiyə əsilli miqrant siyasətçi seçkidə qalib gəldi – Berlin meri postuna iddialıdır - FOTO
637796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada Sol Partiyanın (Die Linke) Berlin seçkilərində namizədliyini irəli sürdüyü 45 yaşlı Türkiyə əsilli siyasətçi Elif Eralp 25,3 faiz səs toplayaraq qələbə qazanıb. 

Bizim.Media xəbər verir ki, Eralp Berlin hökumətinə rəhbərlik edəcəyi təqdirdə, miqrasiya keçmişinə malik ilk şəxs olaraq bu vəzifəni tutacaq. Eyni zamanda sosialistlər tarixdə ilk dəfə Almaniyanın paytaxtında hakimiyyətə gəlmiş olacaqlar.

Elif Eralp Münhendə anadan olub. O, hüquq təhsili alıb. Berlin parlamentinin rəsmi məlumatına görə, Eralp 1981-ci ildə doğulub və hüquqşünasdır. O, 2021-ci ildən Berlin Abgeordnetenhausunun deputatıdır.


Eralp 16 faiz səs toplayan miqrasiya əleyhinə mövqeyi ilə tanınan Almaniya üçün Alternativ (AfD) partiyasına qalib gəlməsini nifrət ritorikasına əsas cavab adlandırıb.

Onun fikrincə, insanları ifrat sağ qüvvələrə yönəldən əsas səbəb miqrasiya deyil, mərkəzi hakimiyyətin iqtisadi uğursuzluqları və yaşayış xərclərinin yüksək olmasıdır.

KİV-lər qeyd edir ki, Eralpın qələbəsi kansler Fridrix Merts və onun partiyasının mövqelərinə ciddi zərbə vurub. Mertsin partiyası Berlində 19 faiz səs toplayıb. Lakin Eralpın Berlin rəhbəri postuna gəlməsi onun mürəkkəb üçtərəfli koalisiya formalaşdıra bilməsindən asılıdır.

Türkiyə əsilli miqrant siyasətçi seçkidə qalib gəldi – Berlin meri postuna iddialıdır - FOTO - foto 1
Türkiyə əsilli miqrant siyasətçi seçkidə qalib gəldi – Berlin meri postuna iddialıdır - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO