Yasamalda yaşlı qadından DƏLƏDUZLUQ: Xeyriyyə adı altında...

Yasamalda yaşlı qadından DƏLƏDUZLUQ: Xeyriyyə adı altında...

Hazırda oxunan: Yasamalda yaşlı qadından DƏLƏDUZLUQ: Xeyriyyə adı altında...

637797

Bakının Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş  N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.
 

Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib.


N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO