
- A-
- A
- A+
İspaniya yığmasında ciddi itki: Millətlər Liqasının oyunlarını buraxacaq
İngiltərənin “Tottenhem” klubunun və İspaniya milli komandasının müdafiəçisi Pedro Porro zədə səbəbindən UEFA Millətlər Liqasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
Bizim.Media İspaniya Kral Futbol Federasiyasına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqanın son turunda “Aston Villa”ya qarşı keçirilən görüşdə zədələnib.
O, qarşılaşmanın 19-cu dəqiqəsində əvəzlənib.
Baş məşqçi Luis de la Fuente Porronun əvəzinə Portuqaliyanın “Sportinq” komandasının 21 yaşlı müdafiəçisi İvan Fresnedanı heyətə cəlb edib. Gənc futbolçu İspaniyanın U-21 millisində 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində İngiltərə, Xorvatiya və Çexiya yığmaları ilə qarşılaşacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































