Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) ölkənin keçmiş prezidentliyə namizədi Kalin Corceskunu mütəşəkkil cinayətkar qrup yaratmaq və dələduzluqda şübhəli bilinməsi ilə əlaqədar saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilir.
“Bu gün, 21 sentyabr 2026-cı ildə Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsinin prokurorları Rumıniya Polisinin müfəttişliyi ilə birgə Buxarestdə, eləcə də Mogoşoaya, Çolpani və Buftya yaşayış məntəqələrində beş axtarış keçiriblər.
Əməliyyat mütəşəkkil cinayətkar qrup yaratmaq və dələduzluq işi çərçivəsində həyata keçirilir”, – deyə “Digi24” telekanalı press-relizdən sitat gətirib.
Qeyd olunur ki, ələ keçirilən şəxslərdən biri Corceskudur. O, avtomobillə hərəkət edərkən saxlanılıb.
Kalin Corcesku Rusiya tərəfindən dəstəkləndiyi bildirilən, radikal sağ populist, Rusiyayönlü, ultramillətçi və Qərb əleyhinə mövqeləri ilə tanınan siyasətçi kimi təqdim olunur.
Bizim.Media





































































































