Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilir.
Bizim.Media xəbər verir ki, məhkəmə prosesinə hakim Murad Aslanov sədrlik edir.
Ramiz Mehdiyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət),
278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirmə/konstitusiya quruluşunu dəyişdirmə),
193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma),
rüşvətalma (311) və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri üzrə ittihamlar irəli sürülüb.
İş üzrə onun köməkçisi Eldar Əmirov qanunsuz göstərişlərin icrasında vasitəçi kimi təqsirləndirilir.
Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev, kürəkəni İlham Əliyev və digər ailə üzvləri maliyyə axınları ilə bağlı şahid qismində ifadə verəcəklər.
Cinayət işi ilə əlaqədar AXCP sədri Əli Kərimli də saxlanılıb, onun və Məmməd İbrahimin işi ayrıca icraata götürülüb.
1995–2019-cu illərdə PA rəhbəri olmuş, daha sonra AMEA prezidenti seçilmiş Ramiz Mehdiyev vəzifədən getdikdən sonra da paralellik yaratmağa cəhd göstərib. Məhkəməyə hazırlıq iclası 10:30-aa təyin olunub.
Ramiz Mehdiyev iclasda onlayn iştirakı ilə bağlı müracət edib.
Onun müraciətinin nəzərə alınıb-alınmayacağı hələ ki, bəlli deyil. İclasda onun köməkçisini iştirak edəcəyi gözlənilir. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:51 / 21.09.2026
Ramiz Mehdiyev məhkəməyə onlayn qoşulacaq?
Hazırda oxunan: Ramiz Mehdiyev məhkəməyə onlayn qoşulacaq?
Hazırda oxunan: Ramiz Mehdiyev məhkəməyə onlayn qoşulacaq?
637809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































