Müavinət və təqaüdlə bağlı yeni XƏBƏR VAR

Müavinət və təqaüdlə bağlı yeni XƏBƏR VAR

Hazırda oxunan: Müavinət və təqaüdlə bağlı yeni XƏBƏR VAR
637813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Bizim.Media-ya ƏƏSMN-dən məlumat verilib.
 

Bildirilib ki, onlardan 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib.


"Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 5 faiz çox olub.

Bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO