Yer kürəsinin forması sürətlə dəyişir

Yer kürəsinin forması sürətlə dəyişir

Hazırda oxunan: Yer kürəsinin forması sürətlə dəyişir

637785

Aparılan son geodezik tədqiqatlar Yerin bərk səthinin qlobal miqyasda dəyişdiyini üzə çıxarıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Galaxy" elmi nəşri yazıb.
 

Saloniki Aristotel Universitetinin geoloqu Kristofer Kotakis 1997–2015-ci illəri əhatə edən peyk naviqasiyası (GNSS) məlumatlarını təhlil edərək müəyyən edib ki, qütb bölgələri ildə təxminən 1 millimetr sürətlə qalxmağa başladığı halda, ekvatora yaxın ərazilər əksinə, aşağı enir.


Alimlərin fikrincə, bu prosesin əsas səbəbi qlobal istiləşmə fonunda buzlaqların əriməsi və planetin səthində kütlənin yenidən paylanmasıdır.

Qütblərdə buz yükünün azalması yer qabığının tədricən qalxmasına (qlasiosostatik qalxma) səbəb olur. Nəticədə Yerin forması həndəsi cəhətdən bir qədər "daha dairəvi" (az yastılaşmış) olsa da, onun qravitasiya sahəsini təsvir edən geoid forması əks prosesə məruz qala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO