Mertsin partiyası tarixdə ilk dəfə regional parlamentə düşə bilməyib

Mertsin partiyası tarixdə ilk dəfə regional parlamentə düşə bilməyib

Hazırda oxunan: Mertsin partiyası tarixdə ilk dəfə regional parlamentə düşə bilməyib
637790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDI) 5 faizlik səddi keçə bilməyərək Meklenburq-Pomeraniya əyalət parlamentindən kənarda qalıb. Bu, XDI-ın Almaniya tarixində əyalət seçkilərində əldə etdiyi ən pis nəticədir. Partiya nəticəni "fəlakət" adlandırsa da, Merts istefa verməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, seçki komissiyasının ilkin məlumatlarına görə, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası 38,2% səslə Meklenburq-Pomeraniyada qalib gələrək 35,5% səs toplamış SPD-ni geridə qoyub. Əyalət parlamentinə, həmçinin Sol Partiya (6,5%) və Yaşıllar (5,7%) daxil olub.

Xatırladaq ki, bundan əvvəl AfD 2026-cı il sentyabrın 6-da Saksoniya-Anhaltda, 2024-cü ilin sentyabrında isə Türingiyada regional parlamentdə əksəriyyət qazanmışdı.

Beləliklə, Meklenburq-Pomeraniya ifrat sağçı partiyanın landtaqda (regional parlamentdə) əksəriyyət əldə etdiyi üçüncü bölgə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO