Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov Axios-a bildirib ki, Moskva və Kiyev Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər. Onun sözlərinə görə, tərəflər arasında fikir ayrılıqlarının sayı bir-iki əsas məsələyə qədər azalıb.
Bizim.Media xəbər verir ki, Umerov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun fəaliyyətini də qeyd edib.
O bildirib ki, tərəflər həll yollarının axtarışına fokuslanıb və “vaxtı boş yerə itirmirlər”.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər. Umerovun sözlərinə görə, görüşün sentyabrın 22-də keçirilməsi ehtimal olunur.
Axios-un Tramp və Zelenski arasında son telefon danışığının məzmunundan xəbərdar olan mənbəsinin məlumatına görə, ABŞ prezidenti Kiyevi Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa dəfələrlə çağırıb. Nəşrin həmsöhbəti bildirib ki, söhbət zamanı “dizel” sözü dəfələrlə səsləndirilib.
Görüş Trampın Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalamasından və Ukraynaya böyük həcmdə Amerika silahlarının tədarükünü nəzərdə tutan müqavilənin təsdiqlənməsindən sonra keçiriləcək.
Bizim.Media





































































































