Azərbaycanda bir dəfn və yas mərasimlərinin xərc siyahısı: Ümumi məbləğ 69 350 manat

Azərbaycanda bir dəfn və yas mərasimlərinin xərc siyahısı: Ümumi məbləğ 69 350 manat

Hazırda oxunan: Azərbaycanda bir dəfn və yas mərasimlərinin xərc siyahısı: Ümumi məbləğ 69 350 manat
637805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda yas mərasimi təşkil edən qruplardan biri tərəfindən hazırlanmış xərclər siyahısı diqqət çəkib.

Bizim.Media “bakıvaxtı.az”a istinadən xəbər verir ki, siyahıda bir şəxsin vəfatından sonra dəfn mərasimi, yeddi və qırx mərasimləri, eləcə də qəbir daşının hazırlanması ilə bağlı xərclər əks olunub.

Sənəddə qeyd olunan məlumatlara əsasən, ümumi xərc 69 350 manat təşkil edib.

Xərclərin bölgüsü belədir:

1. Cənazənin gətirilməsi və dəfn xərcləri – 1 550 manat.

2. Dəfn günündən 7 (yeddi) yas mərasiminə kimi palatka (mağar) və ərzaq xərcləri – 16 800 manat.

Bu məbləğin 4 800 manatı çadır, 12 000 manatı isə ərzaq xərcləri kimi göstərilib. Sənəddə çadırın 6 gün müddətinə, gündəlik 800 manat olmaqla hesablandığı qeyd edilib.

3. Bakı şəhərində 7 (yeddi) yas mərasimi üçün mərasim evi – 21 600 manat.

Siyahıda bu xərcin 1 200 nəfər üçün, bir nəfərə 18 manat hesablandığı göstərilib.

4. Dörd dəfə cümə axşamı mərasimi – 6 400 manat.

Burada hər mərasim üçün 1 600 manat olmaqla ümumilikdə 6 400 manat xərc qeyd olunub.

5. 40 (qırx) yas mərasimi üçün çadır və ərzaq xərcləri – 8 000 manat.

Məbləğin 800 manatı çadır, 7 200 manatı isə ərzaq xərcləri kimi göstərilib.

6. Qəbir daşının beton-mərmər hazırlığı işləri – 2 800 manat.

7. Mərmər daşının salınması – 12 200 manat.

Beləliklə, təqdim olunan sənəddəki bütün xərc maddələrinin cəmi 69 350 manat təşkil edir. Sənəddə yas mərasimlərinin təşkili ilə bağlı xərclərlə yanaşı, qəbir daşının hazırlanması və salınması üçün görülən işlərin dəyəri də ayrıca göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO