Gəncədə mübahisə iki nəfərin kəsici-deşici xəsarətləri ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
1998-ci il təvəllüdlü Elsəvər İbrahimov və Elmar Qurbanov bıçaqlanıb. Adı çəkilən şəxslər tibb müəssisələrindən birinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





































































































