Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq

Hazırda oxunan: Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
637793
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

Bizim.Media xəbər verir ki, kişilərdən ibarət komanda VI turda Argentina ilə üz-üzə gələcək.

Qadınlar isə Qazaxıstandan olan rəqibləri ilə mübarizə aparacaqlar.

8 xalla 11-ci pillədə qərarlaşan kişilərdən ibarət kollektiv daha öncə Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya və Rumıniya ilə görüşlər heç-heçə bitib - 2:2.
 

10 xalla 4-cü olan qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç, İngiltərə (hər ikisi 2,5:1,5) və Serbiyanı (3:1) məğlub edib.


Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO