Yaxın Şərq və Ukraynadakı müharibələr fonunda Nyu-Yorkda BMT Baş Assambleyası başlayır

Yaxın Şərq və Ukraynadakı müharibələr fonunda Nyu-Yorkda BMT Baş Assambleyası başlayır

Hazırda oxunan: Yaxın Şərq və Ukraynadakı müharibələr fonunda Nyu-Yorkda BMT Baş Assambleyası başlayır

637787

Nyu-Yorkda təxminən 130 dövlət və hökumət başçısının qatılacağı Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyası işə başlayır. 

Bizim.Media xəbər verir ki, ümumi debatlar sentyabrın 22-dən 26-dək və sentyabrın 28-də keçiriləcək.

Müzakirələrin əsas mövzuları Yaxın Şərq və Ukraynadakı müharibələr, süni intellektin inkişafı ilə bağlı risklər, eləcə də ərzaq və enerji təhlükəsizliyi olacaq. 

ABŞ, İsrail və İran arasında davam edən gərginlik fonunda Yaxın Şərq və Bab əl-Məndəb boğazı rayonunda gəmiçiliyə təhlükələrə xüsusi diqqət yetiriləcək. Baş Assambleyada Türkiyə, Ukrayna, İran prezidentləri və İsrailin baş naziri çıxış edəcək.
 

Süni intellekt də ayrıca mövzu olacaq. Sənaye nümayəndələrinin texnologiyanın sonrakı inkişafının mümkün riskləri barədə xəbərdarlıqları fonunda BMT Baş katibi Quterreş texnologiyanın tənzimlənməsi üzrə beynəlxalq qaydaların yaradılmasının tərəfdarı kimi çıxış edir.


Öz növbəsində təşkilat maliyyə və siyasi böhran yaşayır. ABŞ təşkilatın maliyyələşdirilməsini azaldıb və əlavə islahatlar tələb edir. Bundan əlavə, 2026-cı ilin sonunda Quterreşin səlahiyyət müddəti başa çatır və onun varisinin seçkilərində hələ ki aşkar favorit yoxdur ("Reuters").

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO