Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO

Hazırda oxunan: Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO
637855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda uzun illərdir satışa çıxarılmış dəbdəbəli malikanənin qiyməti daha 3 milyon manat endirilib.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

Belə ki, paytaxtın Nəsimi rayonu, Tbilisi prospektinin yaxınlığında yerləşən villanın satış qiyməti bu dəfə 12 milyon manata düşüb.
 

Məlumata görə, 1.500 m² tikili və 35 sot torpaq sahəsinə malik mülk 2014-cü ildən satışa çıxarılsa da, alıcısı tapılmayıb. Nadir memarlıq üslubuna malik 10 otaqdan ibarət premium malikanə daha əvvəllər müxtəlif dövrlərdə 17, 16 və 15 milyon manata təklif olunub.


Mətbuatda villanın 2002-2006-cı illər ərzində 12 ballıq zəlzələyə davamlı olaraq inşa edildiyi barədə məlumat dərc olunub.

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO - foto 1
Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO - foto 2
Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO