Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar hazırlayır

Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar hazırlayır

Hazırda oxunan: Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar hazırlayır

637789

ABŞ vətəndaşlarına və şirkətlərinə xüsusi lisenziya olmadan Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) maliyyə vəsaiti, mallar və xidmətlər təqdim etmək qadağan oluna bilər. Bu isə məhkəmənin İT sistemlərinin işini, bank əməliyyatlarını, sığortanı, eləcə də amerikalı müstəntiqlərin və işçilərin maaş ödənişlərini çətinləşdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.

Ukrayna üçün bu vəziyyət Rusiya hərbi cinayətlərini araşdıran məhkəmənin fəaliyyətinin zəifləməsi riskini yaradır.

Xatırladaq ki, BCM ukraynalı uşaqların deportasiyası işi üzrə Vladimir Putin və Mariya Lvova-Belova, həmçinin Ukraynanın mülki obyektlərinə edilən hücumlarla əlaqədar Sergey Şoyqu, Valeri Gerasimov, Viktor Kobilaş və Andrey Sokolov barəsində həbs qətimkan tədbiri seçib.
 

Vaşinqton öz növbəsində BCM-dən İsrail rəsmilərinə qarşı çıxarılan orderlərin ləğv edilməsini və ABŞ hərbçilərinin Əfqanıstandakı hərəkətləri ilə bağlı təhqiqatların dayandırılmasını tələb edir. 


Qeyd edək ki, ABŞ BCM-in üzvü deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO