Bağçalara elektron növbəyə yazılma prosesi davam edir. Bu proseslə bağlı valideynlər arasında müxtəlif suallar yaranır. Onlardan biri də valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən özəl bağçaya növbəyə yazılmağın dövlət bağçasındakı növbəyə təsir edib-etməməsi ilə bağlıdır.
Yəni dövlət bağçasına növbəyə yazılmış şəxslər özəl bağçada da növbə götürürsə, avtomatik olaraq dövlətdə bağçası üçün növbədən silinmiş olurlar?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, valideynlər övladları üçün həm dövlət məktəbəqədər təhsil müəssisəsində, həm də dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisəsində növbəyə yazıla bilərlər:
“Özəl bağçada növbəyə yazılmaq dövlət bağçasında olan növbənin avtomatik olaraq silinməsinə səbəb olmur. Lakin növbələrdən biri sorğuya çevrildiyi halda, digər müəssisə üzrə növbə sıfırlanır. Bu səbəbdən valideynlər hər iki müəssisədə növbədə qala və sorğu mərhələsinədək seçim imkanlarını saxlaya bilərlər”.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:02 / 21.09.2026
Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar? – RƏSMİ AÇIQLAMA
637779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































