Neftin qiyməti 102 dollardan aşağı düşdü

Neftin qiyməti 102 dollardan aşağı düşdü

Hazırda oxunan: Neftin qiyməti 102 dollardan aşağı düşdü
637776
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya bazarında neft qiymətləri kəskin eniş edib.

Bizim.Media xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,27 dollar və ya 2,19% azalaraq bir barel üçün 101,60 dollara düşüb.

“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,22 dollar və ya 2,21% ucuzlaşaraq 98,08 dollar təşkil edib.

Neftin ucuzlaşmasına ABŞ və İran arasında diplomatik təmasların bərpa oluna biləcəyinə dair gözləntilər və Səudiyyə Ərəbistanından neft ixracının artması təsir göstərib.

BMT Baş Assambleyası çərçivəsində ABŞ-İran danışıqlarının mümkünlüyü bazarda geosiyasi risklərin azalacağına dair ümidləri gücləndirib. Səudiyyə Ərəbistanının neft ixracı da sentyabrda gündəlik 4 milyon bareldən yuxarı qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO