Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA
TRIPP-lə bağlı əsas danışıqlar Amerika Birləşmiş Ştatları və Ermənistan arasında aparılır. Çünki bu layihənin müəyyən hissəsi Ermənistan ərazisinə düşür.
Eyni zamanda, Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini danışıqların gedişatı barədə məlumatlandırırlar. Belə ki, layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, bütün razılaşmaları həyata keçirmək üçün müəyyən bir vaxt lazımdır.
“Bizə verilən məlumata görə, danı...