Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Ceyhun Bayramovdan TRIPP-lə bağlı AÇIQLAMA - VİDEO

635671

TRIPP-lə bağlı əsas danışıqlar Amerika Birləşmiş Ştatları və Ermənistan arasında aparılır. Çünki bu layihənin müəyyən hissəsi Ermənistan ərazisinə düşür.

Eyni zamanda, Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini danışıqların gedişatı barədə məlumatlandırırlar. Belə ki, layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, bütün razılaşmaları həyata keçirmək üçün müəyyən bir vaxt lazımdır.

“Bizə verilən məlumata görə, danışıqlar uğurla davam etdirilir. Hesab edirik ki, bu layihənin bir qədər tez icra olunması daha yaxşıdır. Çünki layihə həm Azərbaycan, həm Ermənistan, eləcə də digər maraqlı ölkələr üçün olduqca faydalıdır. Azərbaycan layihənin icrası istiqamətində üzərinə düşən işləri uğurla davam etdirir.

Eyni zamanda, dövlətimizin başçısının göstərişinə əsasən Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Sözügedən layihədə iştirak etməkdə maraqlı beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar aparılır”,- deyə nazir bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO