Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

Hazırda oxunan: Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

635673

Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.

Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib.
 

Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.


Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.

Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO