"Azərbaycan heç bir zaman yalnız deyil" - Mövlud Çavuşoğlu

Hazırda oxunan: "Azərbaycan heç bir zaman yalnız deyil" - Mövlud Çavuşoğlu
93579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycanın torpaqları 30 ildir işğal altında idi. Diplomatik səylər, Minsk qrupu, beynəlxalq sistem, ya da beynəlxalq aktorlar 30 il işğal altında olan Azərbaycan torpaqlarının qaytarılması üçün heç nə etmədi".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

"Azərbaycanın səbri tükəndi və erməni təxribatlarına qarşı müharibəyə başladı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi.

Əgər biz regionda tam sabitlik və sülh istəyiriksə, ölkələr arasındakı problemlər öz həllini tapmalıdır.

Biz bu məsələdə mühüm rol oynayırıq, amma biz hər zaman can Azərbaycanın yanındayıq, Azərbaycan heç bir zaman yalnız deyil" - deyə M. Çavuşoğlu bildirib.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO