
- A-
- A
- A+
Cəmiyyət
09:17 / 26.11.2026
1 dəq oxunma
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü – Foto
Hazırda oxunan: "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü – Foto
649760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Bizim.Media xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığından səbəb olub.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






































































































