Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü - DÜŞƏNBƏDƏ VACİB MÜZAKİRƏ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü - DÜŞƏNBƏDƏ VACİB MÜZAKİRƏ - FOTO

74240

MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan  xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı v.i.e Vladimir Norov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, XİN rəhbərləri iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafını razılıqla qeyd ediblər. Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların atıldığı bildirilib və əlaqələrin daha da inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla Mirzoyan Düşənbədə nəyi razılaşdırıblar? - Pərdəarxası MƏQAMLAR


Nazir Vladimir Norov Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi müsbət töhfəni qeyd edib. Həmçinin elm və təhsil sahəsində əməkdaşlığı qeyd edən Vladimir Norov, Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin sevə-sevə oxunduğunu, Azərbaycanda isə dahi özbək şairi Əlişir Nəvainin orta məktəblərdə tədris edildiyini məmnunluqla vurğulayıb.

Ceyhun Bayramov iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını, habelə yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd edib.

O, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı məlumatlandırıb.

O, bölgədəki bütün kommunikasiyaların açılmasının həm bölgə ölkələri, həm də yaxın bölgələr üçün əhəmiyyətindən bəhs edib, xüsusilə də Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri üçün faydasını qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO