Podolyak Azərbaycanın yardımı HAQDA: “Dost olduqlarını sübut etdilər”

Hazırda oxunan: Podolyak Azərbaycanın yardımı HAQDA: “Dost olduqlarını sübut etdilər”

70626

“Ümumilikdə, dostlar dost olduqlarını sübut etdilər və Azərbaycan dostlar sırasındadır. Böhran şəraitində dünya ağ-qara olur. Qəlbi gözəl insanlar pis ola bilməzlər, qəlbi qara olanlar isə şəraitdən istifadə edirlər. Bəzi Avropa ölkələri və uşaqların öldürülməsini normal qarşılayan siyasətçilərin timsalında bunu görmək olar”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Report”a müsahibəsində deyib. 

Azərbaycanın Ukraynaya humanitar yardımından danışan siyasətçi bildiirb:

“Dünya bu baxımdan Ukraynaya çox isti yanaşdı. Qaçqınlarımıza yardım göstərilir, ərzaq məhsullarının, geyimlərin daşınmasını təmin edən humanitar dəhlizlər yaradılıb.
Bu, Ukraynaya çox kömək edir, çünki faktiki bu gün iqtisadiyyatımız işlək vəziyyətdə deyil. Çünki ölkənin bu qədər böyük hissəsində hərbi əməliyyatların aparılması şəraitində humanitar yardım çox böyük əhəmiyyətə malikdir. Buna görə də səsimizə səs verən bütün dövlətlərə, o cümlədən ayrı-ayrı şəxslərə minnətdarlığımızı bildiririk”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO