Qırğızıstan Qarabağın bərpasında iştirak edə bilər 

Qırğızıstan Qarabağın bərpasında iştirak edə bilər 

Hazırda oxunan: Qırğızıstan Qarabağın bərpasında iştirak edə bilər 
70597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğız Respublikasının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə dair infrastruktur layihələrində iştirak etməsi iki ölkə tərəfindən dəyərləndiriləcək. 

Bizim.Media Qırğız Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə iki ölkə prezidentinin bu gün Bakıda keçirilən görüşündən sonra imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində bildirilir. 

Sənədə görə, hər iki tərəf BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə sadiq olduqlarını təsdiqləyərək bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını qarşılıqlı olaraq dəstəkləyirlər. 

“Tərəflər strateji xarakter daşıyan qarşılıqlı əməkdaşlığın bütün istiqamətləri, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair siyasi dialoqu bundan sonra da hərtərəfli inkişaf etdirməyə hazır olduqlarını bildirirlər”, - Bəyannamədə qeyd olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO