Moldova humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür etdi

Moldova humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür etdi

Hazırda oxunan: Moldova humanitar yardıma görə Azərbaycan Prezidentinə təşəkkür etdi
69748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldova ukraynalı qaçqınlar üçün göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib. 

“Bu gün bizim üçün əlamətdar gündür. Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir. Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində məskunlaşıb. Bu isə ölkə əhalisinin, təqribən, 4 %-ni təşkil edir, - müvəqqəti işlər vəkili əlavə edib. 

O, yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib. 

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Ukraynadakı müharibə nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün növbəti humanitar yardım partiyası göndərib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO