“Zelenskinin açıqlamaları sülhün əldə edilməsinə maneçilik törədir” - Rus politoloqdan EKSKLÜZİV + VİDEO

Hazırda oxunan: “Zelenskinin açıqlamaları sülhün əldə edilməsinə maneçilik törədir” - Rus politoloqdan EKSKLÜZİV + VİDEO

67138

“Rusiyanın Ukrayna ilə danışıqları xeyli uzun çəkdi. Türkiyədəki son görüş sübut etdi ki, hansısa məsələlər üzrə yaxınlaşma var, ancaq bu, növbəti danışıqlar üçün effektli hesab edilmir”.

Bu fikirləri Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Bizim.Media-ya eksklüziv açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Rusiya öz mövqeyindən geri çəkilmir:

“Bura Ukraynanın demilitarizasiya və denasifikasiyası, rus dilinin ikinci dövlət dili kimi status əldə etməsi, “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınması, Krımın və Sevastopolun Rusiyanın ərazisi kimi qəbul edilməsi, Ukraynanın heç bir hərbi bloka, xüsusilə NATO-ya daxil olmaması daxildir”.

Politoloq rəsmi Kiyev qarşısında qoyulan qadağalara da toxunub:

“Gələcəkdə Ukrayna bioloji silahları hazırlamamalı, öz ərazisində nüvə silahı yerləşdirməməlidir. Bütün bu parametrlər gələcəkdə imzalanacaq sülh müqaviləsinin əsasını təşkil etməlidir. Qarşı tərəf (Ukrayna nəzərdə tutulur) isə Moskvanın bu şərtlərini başqa cür yozur. Bu, xüsusilə prezident Volodimir Zelenskinin açıqlamalarında özünü aydınca büruzə verir. Hər görüşdən sonra müxtəlif məzmunda bəyanatlar irəli sürür. Bunlar isə sülhün əldə edilməsinə, problemin sona çatmasına maneçilik törədir”.

Anton Bredixin Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan da söz açıb:

“Bunların hər gün davamı gəlir. Ancaq bu sanksiyalardan ən çox əziyyət çəkən ABŞ və Avropa Birliyinə üzv olan ölkə vətəndaşlarıdır. Düzdür, sanksiyaların gələcəkdə hansı nəticələrə gətirib çıxaracağını düzgün hesablamayıblar. Çünki hazırda Rusiyada ərzaq qıtlığı yoxdur, mağazalarda hər şey var, qiymətlər isə müəyyən parametrlərə görə artıb.  Nəticədə ölkədə hiperinflyasiya gözlənilmir”.

Politoloqun fikrincə, Rusiya bu gün xaricdən gələn bütün təhdidlərin qarşısını alır:

“Öz daxili məhsullarının istehsalını artırır, iqtisadi axını Şərqə - Mərkəzi Asiya Respublikalarına, Çinə, Hindistana, Sakit okeanı hövzəsində yerləşən ölkələrə doğru yönəldir”.

“Arxont” jurnalının baş redaktoru hesab edir ki, dünya bundan sonra daha əvvəlki kimi olmayacaq:

“Bu baxımdan Rusiyanın çəkisi daha da artacaq. İnanıram ki, yaxın gələcəkdə Qərb ölkələri Rusiya qazına və Avrasiya İqtisadi Birliyindən ixrac edilən mallara görə pullarını rublla ödəməli olacaqlar. Biz iqtisadiyyatı və zamanı dəyişdirəcəyik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO