Prezidentin tapşırığı ilə Ukraynaya 5,5 milyon avroluq yardım göndərildi- VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Prezidentin tapşırığı ilə Ukraynaya 5,5 milyon avroluq yardım göndərildi- VİDEO/YENİLƏNİB

64356

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım martın 12-də yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində - fevralın 27-də göndərilib.

*** 09:00

Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.

Bizim.Media xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Təyyarə saat 09.00-da havaya qalxacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO