Azərbaycandan SƏRT AÇIQLAMA: \

Azərbaycandan SƏRT AÇIQLAMA: \"Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri çıxarılacaq\"

Hazırda oxunan: Azərbaycandan SƏRT AÇIQLAMA: \"Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri çıxarılacaq\"

64322

"Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar aradan qaldırılmalıdır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xələf Xələfov: "Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyasına hazırdı"


​​​​​​​Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər.

“Qarabağda olan qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək. Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, - deyə X.Xələfov qeyd edib. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO