Azərbaycandan ÜST-ə rəsmi MÜRACİƏT 

Azərbaycandan ÜST-ə rəsmi MÜRACİƏT 

Hazırda oxunan: Azərbaycandan ÜST-ə rəsmi MÜRACİƏT 
63852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəsmi müraciət göndərilib. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub. 

Qeyd olunub ki, ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib. 

“Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 yoluxucu xəstəlikdan müdafiəsi təmin edilir. Aparılan vaksinasiya tədbirlərinin nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.

Belə ki, poliomielit, difteriya, göyöskürək, epidemik parotit, qızılça və məxmərək xəstəlikləri ölkədə qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda baş verib.
Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktik tədbirlər nəticəsində artıq 8 ildir ki, malyariyanın yerli yoluxması baş vermir”, - hesabatda yazılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO