“Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır” – Zərdüşt Əlizadədən PROQNOZ

Hazırda oxunan: “Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır” – Zərdüşt Əlizadədən PROQNOZ

63808

“Zelenski müzakirəyə hazır olduqlarını bildirdi, demədi ki, biz təslim olmağa hazırıq. Zelenski etiraf etmişdi ki, biz NATO-ya girməyə hazır deyilik. Rusiya isə müharibəni davam etdirir və tələb edir ki, Krımın Rusiyaya məxsus olduğunu və DNR və LNR-in müstəqilliyini tanıyın. Zelenski bu məsələləri müzakirə etməyə hazır olduğunu dilə gətirib, deməyib ki, buna razılaşacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

Politoloq qeyd edib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün ilk növbədə atəşkəsin əldə olunması şərtdir:

“Müzakirələr gedə bilər bir il, iki il. Deməli, iki il atəşkəs olmalıdır. Amma bu müddət ərzində Rusiyaya qarşı iqtisadi cəza tədbirləri işləyir, bu müddət ərzində Rusiya iqtisadiyyatı çökür, bu müddət ərzində başıboş sıravi rus vətəndaşları təbliğat horrasından doyub, ayılmağa başlayır, kasıblıq, işsizlik onları ayıldır. Bundan sonra nə baş verəcək? Xalq Rusiya hakimiyyətini devirəcək. Yeni Rusiya hakimiyyəti ilə də dil tapmaq olar. Çünki yeni Rusiya hakimiyyəti dünyaya meydan oxumayacaq. Zelenskinin məqsədi qanlı müharibəni saxlamaq, ölkəsinin viran qalmasının qarşısını almaq və vaxt udmaqdır”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiya hökuməti də proseslərin bu cür gedişatını proqnozlaşdıra bilir və buna görə təzyiqləri daha da artırır:
 

“Lakin Ukrayna çökmək fikrində deyil. Ukrayna ordusu getdikcə daha da güclənir. Rusiyanın ciddi hərbi uğuru da yoxdur. Tutduqları kiçik-kiçik yaşayış məntəqələridir. 13 gündür müharibə gedir, 1 iri şəhəri tuta bilməyiblər.


Xarkovda müharibə gedir, Çerniqovu tuta bilməyiblər, Kiyevə heç yaxın da dura bilmirlər. Ukrayna ordusu isə get-gedə həm peşəkarlıq, həm də say baxımından artır. Rusiyanın hərbi məğlubiyyəti artıq qaçılmaz həqiqətə çevrilib. Belə vəziyyətdə Putin yenə də geri addım atmaq istəmir. İrəli getmək əmri verir, onlarsa irəli gedə bilmirlər. Buna nə imkan, nə də ehtiyat yoxdur. İki yüz minlik qoşunla əməliyyatlara başlayan Rusiya ordusunun qarşısında 250 minlik Ukrayna ordusu dayanıb”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO