Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğumuzun binasına hava zərbəsi endirildi - FOTO

Hazırda oxunan: Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğumuzun binasına hava zərbəsi endirildi - FOTO

63476

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası hava hücumuna məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, axşam saatlarında baş verən hadisə zamanı binaya ciddi ziyan dəyib, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.

Hava zərbəsi endirilən zaman binada konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO