İrəvan və Bakı hələ də fundamental məsələlərdə irəliləyişə nail olmayıblar.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Siz başa düşməlisiniz ki, bəzi məsələlərdə irəliləyiş var, lakin onlar fundamental deyil. Biz bir daha qeyd etməliyik ki, danışıqlar gedir. Brüsseldən sonra Kişinyovda da görüşün keçirilməsi planlaşdırılır. Çalışaq ki, yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləyək və irəli gedək" - deyə o qeyd edib.

































































































