NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

Hazırda oxunan: NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

639456

NATO qüvvələri Böyük Britaniyada keçirilən təlimlər zamanı şərti Rusiya heyətinin olduğu gəminin ələ keçirilməsi ssenarisini icra ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Telegraph" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, manevrlər zamanı Şimali Atlantika Alyansının hərbçiləri Şotlandiya sahillərində döyüş toqquşması ssenarilərini canlandırıblar. Xüsusilə, təşkilatın qoşunları Almaniya təchizat gəmisi tərəfindən yanacaqla təmin olunarkən, bir neçə freqatın təyyarələrin potensial hücumu ilə məhv edilməsi təhlükəsinə qarşı məşqlər ediblər.

Bundan əlavə, göyərtəsində Rusiya vətəndaşlarından ibarət şərti heyətin olduğu gəmiyə desant çıxarılması simulyasiya edilib.

Məlumata görə, Portuqaliya hərbçiləri də bir neçə desant çıxarma cəhdi həyata keçiriblər. 10 dəniz piyadası helikopterlərdən yanacaqdoldurma gəmisinin göyərtəsinə enərək hücuma keçib.

Desantçılar kapitan körpüsünü və maşın bölməsini ələ keçirdikdən sonra, şərti olaraq Rusiyadan olan hərbiləşdirilmiş mülki şəxslər rolunu oynayan heyəti saxlayıblar.

"Exercise Strike Warrior" hərbi təlimləri Böyük Britaniyanın rəhbərliyi altında, bir sıra NATO üzvü olan ölkələrdən 1,3 min əsgərin iştirakı ilə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO