98 sayli usaq bağçası ilə bağlı sosial mediada yenə şikayət yayılıb.
Bizim.Media xəbər verir ki, valideyn dövlət bağçası olduğu halda, ondan ödəniş istədiklərini bildirir.
Onun iddialarına görə, övladını dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qeydiyyat vasitəsilə qeydiyyatdan keçirib və övladı həmin bağçaya qəbul olunub.
"Qəbul ilə bağlı bağçaya yaxınlaşdıqda mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir. Deyildi ki, dövlət bağçasının tərkibində özəl (ödənişli) qrup fəaliyyət göstərir və həmin qrup üçün müəyyən məbləğdə ödəniş edilməlidir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qaydada qəbul olunmuş uşağın hansı əsasla ödənişli qrupa yönləndirilməsi və dövlət bağçasının tərkibində bu formada ödənişli qrupun fəaliyyət göstərməsinin hüquqi əsasları mənə aydın şəkildə izah edilməyib.
Bununla əlaqədar olaraq, məsələnin araşdırılmasını, övladımın dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulunun hansı əsaslarla ödənişli qrupla əlaqələndirildiyinin müəyyən edilməsini və həmin ödənişin hüquqi əsasının mənə rəsmi şəkildə bildirilməsini xahiş edirəm".
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan iddia ilə bağlı müvafiq araşdırma aparılır.
"Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir".
Qeyd edək ki, bu bağça ilə bağlı bir müddət əvvəl də xəbərlər yayılmışdı.
Belə ki, həmin bağçaya gedən uşağın davranışlarında qeyri-adi hallar müşahidə edən valideynlər müayinəyə aparmış və qanında psixatrop maddə aşkarlanmışdı.
Bizim.Media, Fəridə

- A-
- A
- A+
Cəmiyyət
18:28 / 29.09.2026
Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama
Hazırda oxunan: Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama
Hazırda oxunan: Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama
639448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































