İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Hazırda oxunan: İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

639455

İtaliya sonuncu hərbçilərinin İraqdan çıxarılmasını başa çatdıraraq bu ölkədə 12 illik hərbi mövcudluğuna son qoyub.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, 2026-cı ilin mart ayınadək Roma İraq Kürdüstanındakı hərbi bazaya gecə endirilən hava zərbəsindən sonra hərbi personalının böyük hissəsini İraqdan artıq çıxarmışdı.

İtaliyalı hərbçilər "İslam Dövləti" terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi "Sarsılmaz qətiyyət" beynəlxalq əməliyyatında, həmçinin NATO-nun İraqdakı missiyasında iştirak ediblər.

Sonuncu missiya konsultativ xarakterli idi və İraq təhlükəsizlik qüvvələrinin hazırlanmasına və potensialının artırılmasına yönəlmişdi.

İtaliya Müdafiə Nazirliyinin bəyanatına əsasən, İtaliya və NATO qüvvələri qoşunların bu bölgədən çıxarılmasını sentyabrın 30-dək başa çatdırmaqla bağlı yerli hakimiyyət orqanları ilə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO