Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Hazırda oxunan: Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi
639462
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.
 

Araşdırmalar zamanı məlum olub ki, S.Mahmudova həm də repetitor kimi fəaliyyət göstərib. O, şagirdlərindən birinin anasında külli miqdarda pul olmasını öyrənib və özünün guya qızıl biznesinin olduğunu deyərək onun inamını qazanıb. Bu yolla valideyndən 65 min manat alaraq ələ keçirib.


Məhkəmə valideynin müəllimə qarşı mülki iddiasını da təmin edib. Ondan 48 min manat məbləğin tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO