Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AİİB Müdirlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk.
Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, AİİB Rəhbərlər Şurasının iclası iyulun 14-15-də Bakıda keçiriləcək.


Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
18:07 / 29.09.2026
AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO
Hazırda oxunan: AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO
Hazırda oxunan: AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO
639444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































