Füzulidə beynəlxalq turnirə start verildi - VİDEO

Füzulidə beynəlxalq turnirə start verildi - VİDEO

Hazırda oxunan: Füzulidə beynəlxalq turnirə start verildi - VİDEO

639381

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən turnirin ilk yarış günü Köndələnçay su anbarında baş tutub.

Bizim.Media xəbər verir ki, yarışlarda kayak və kanoe üzrə 200 metr məsafədə mübarizə aparılır.
 

Turnirin növbəti iki yarış günü isə sentyabrın 30-da və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Burada avarçəkmənin bütün növləri və məsafələri üzrə yarışlar təşkil olunacaq.

 

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan ümumilikdə 100-dən çox gənc avarçəkən mübarizə aparır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO