Rusiya Kalininqrada qarşı hərbi əməliyyat keçiriləcəyi təqdirdə Böyük Britaniya və NATO-nu nüvə silahından istifadə etməklə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyi "Telegram" kanalında məlumat yayıb:
"Kalininqradın blokadaya alınması və ya ona zərbə endirilməsi planlarını müdafiə edənlər heç bir illüziyaya qapılmamalıdır. Böyük Britaniya və ya NATO tərəfindən Rusiya ərazisinə qarşı istənilən hərbi əməliyyata Rusiyanın sərəncamında olan bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməklə cavab veriləcək”.
Xatırladaq ki, "The i Paper" qəzetində Kalininqradla bağlı məqalə dərc olunub. Qeyd olunub ki, NATO bölgəyə qarşı blokada tətbiq edə, Rusiyanın suverenliyini tanımaya bilər.
Belə fikirlər "Sky News" kanalının "The Wargame" (Hərbi oyun) adlı son hesabatında da səsləndirilib.
Bizim.Media

































































































